02:28
14 01 2021

Cüdoçumuza gümüş medalı PSJ-nin prezidenti təqdim edib

Qətərin paytaxtı Dohada ötən gün başa çatan "World Masters” turnirində çəkisi 78 kq-dan yuxarı olan qadın cüdoçuların mükafatlandırma mərasimində maraqlı an yaşanıb.
Fəxri kürsüyə çıxanlara medalları Fransanın PSJ klubunun prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi təqdim edib.
Medalçılar arasında Azərbaycan cüdoçusu İrina Kindzerska da yer alıb. Finalda uduzan idmançı gümüş medal qazanıb.
Qeyd edək ki, 100 kq-da mübarizə aparan Zelim Kotsoyev də gümüş medal əldə edib.

NEWS FEED