266
00:55
14 01 2021
"Səbail"dən ayrılan futbolçu İsveç klubuna keçdi
Qış fasiləsində "Səbail"dən ayrılan iranlı futbolçu Bəxtiyar Rəhmani İsveçin "Dalkurd" komandasına keçib.
Yayin.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Keçidi ilə bağlı danışan təcrübəli oyunçu "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyevə və keçmiş komanda yoldaşlarına təşəkkür edib.
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb.