23:51
13 01 2021

"World Masters”: Azərbaycan iki medalla 8-ci oldu

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə "World Masters” turniri başa çatıb.
"Yayin.Az"'n məlumatına görə, 3 gün davam edən yarışda ümumilikdə 398 idmançı iştirak edib. Bunların 215-i kişi, 183-ü isə qadın cüdoçular olub.
"World Masters”də 7 idmançı ilə təmsil olunan Azərbaycan turniri 2 gümüş medalla başa vurub. Kişilərdən Zelim Kotsoyev (100 kq), qadınlardan isə İrina Kindzerska (78+) fəxri kürsüyə çıxıblar.
Azərbaycan medal sayına görə 69 ölkə arasında 8-ci yeri tutub. İlk pillədə 7 medalla (5 qızıl, 1 gümüş, 1 bürünc) Fransa qərarlaşıb. 3 qızıl medal qazanan Cənubi Koreya ikinci, 2 qızıl, 5 gümüş medal əldə edən Yaponiya isə üçüncü olub.

NEWS FEED