278
09:12
12 01 2021
Qolf Assosiasiyası Trampa məxsus meydanda ən vacib turnirlərdən birini keçirməkdən imtina edib
Peşəkar Qolf Assosiasiyası (PGA of America) ABŞ Konqresinin binasına basqınla nəticələnən son iğtişaşlar səbəbindən hazırkı prezident Donald Trampın sahib olduğu meydanda turnir keçirməkdən imtina edib.
Bu barədə “Associated Press” xəbər yayıb.
İlin dörd əsas turinirindən biri olan PGA Chanpionship 2022-ci ildə Nyu-Cersidə Trampa məxsus kompleksdə baş tutmalı idi.
Qeyd edilir ki, təxminən 29.000 üzvü olan PGA 2014-cü ildə Tramp kompleksində turnirlərə ev sahibliyi etmək üçün müqavilə imzalayıb.