23:55
10 01 2021

"Milan"ın futbolçusu Türkiyə klubunda

İtaliya "Milan"ının futbolçusu Leu Duarte tezliklə klubu tərk edəcək.
Jjurnalist Nikolo Skira tvitterdə braziliyalı müdafiəçinin Türkiyə "Başakşehir"inə keçəcəyini yazıb. O, "qırmızı-qaralar"ın əsas heyətinə düşə bilməyən 24 yaşlı oyunçunun İstanbul klubuna icarəyə veriləcəyini bildirib.
Qeyd edək ki, Leu Duarte bu mövsüm A Seriyasında cəmi bir oyuna çıxıb. Onun "Milan"la müqaviləsi 2024-cü ilin yayınadəkdir.

NEWS FEED