17:28
09 01 2021

İspaniya çempionatının liderinin matçı üçüncü dəfə təxirə salındı

İspaniya La Liqasının Madriddə keçirilməli olan “Atletiko” – “Atletik” matçı təxirə salınıb.
Buna səbəb Madridə güclü qar yağmasıdır. Bu səbəbdən də İspaniya çempionatının lideri “Atletiko” həmin matçı keçirə bilməyəcək.
Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 19:15-də başlamalı idi. Bu, Madrid klubunun cari mövsüm ərzində təxirə salınan üçüncü matçıdır.

NEWS FEED