



Türkiyə Super Liqasının oyunu təxirə salındı
Futbol üzrə Türkiyə Super Liqasının XV turunda bu gün keçirilməli olan "Antalyaspor" - "Konyaspor" oyunu baş tutmayıb.
"Yayin.Az" "NTV Spor"a istinadən xəbər verir ki, qarşılaşma əlverişsiz hava şəraiti - leysan yağışı ilə əlaqədar təxirə salınıb.
Matçın dekabrın 29-da oynanılacağı bildirilib.