21:57
28 12 2020

Cüdo millimizin 2021-ci ildə iştirak edəcəyi turnirlərin vaxtları bilindi

Beynəlxalq Cüdo Federasiyası 2021-ci ildə keçirilməsi planlaşdırılan yarışların təqvimini dərc edib.
Oxu.Az Azərbaycanın böyüklərdən ibarət cüdo millisinin iştirak edə biləcəyi yarışları təqdim edir:
Doha Masters turniri (11-13 yanvar) – Qətər
Sofiya Avropa Açıq turniri (30-31 yanvar) – Bolqarıstan
Praqa Avropa Açıq turniri (27-28 fevral) – Çexiya
Sarayevo Avropa Kuboku (20-21 mart) – Bosniya və Herseqovina
Avropa çempionatı (16-18 aprel) – Lissabon, Portuqaliya
Orenburq Avropa Kuboku (15-16 may) – Rusiya
Selye-Podçetrtek Avropa Kuboku (19-20 iyun) – Sloveniya
Avropa Kuboku (26-27 iyun) – Almaniya (hansı şəhərdə keçiriləcəyi bilinmir)
Vintertur Avropa Kuboku (10-11 iyul) – İsveçrə
Veteranların dünya çempionatı (tarixi bilinmir) – Krakov, Polşa
Bratislava Avropa Kuboku (18-19 sentyabr) – Slovakiya
Tallin Avropa Açıq turniri (25-26 sentyabr) – Estoniya
Dubrovnik Avropa Kuboku (2-3 oktyabr) – Xorvatiya
Minsk Avropa Açıq turniri (9-10 oktyabr) – Belarus
Malaqa Avropa Kuboku (16-17 oktyabr) – İspaniya
Qeyd edək ki, bunlardan başqa, kadetlərin (məktəb yaşlı yeniyetmələr), gənclərin və 23 yaşadək cüdoçuların Avropa çempionatının vaxtı məlumdur. Bu yarışlar müvafiq olaraq 24-27 iyun, 9-12 sentyabr və 5-7 noyabr tarixlərində keçiriləcək. Birinci və üçüncü yarışların məkanı hələ açıqlanmasa da, gənclərin qitə birinciliyi Lüksemburqda keçiriləcək.
Səbuhi Musayev

NEWS FEED