255
13:10
24 12 2020
Azərbaycanda ilk transferi autsayder etdi
Azərbaycan Premyer Liqasında turnir cədvəlinin sonuncusu – autsayderi olan “Sabah” FK heyətini yeni futbolçuyla gücləndirib.
Klubun rəsmi xəbərinə görə, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib. Bəxtiyar Həsənalızadə yeni komandasında 34 nömrəli formada çıxış edəcək