23:09
11 12 2020

Mixael Şumaxerin oğlu "Formula 1"də debüt etdi

Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu, "Hass"ın pilotu Mik Şumaxerin "Formula 1"də debütü gerçəkləşib.
21 yaşlı sürücü mövsümün sonuncu - Abu-Dabi Qran-prisi öncəsi test yürüşündə iştirak edib. O, sərbəst yürüşü 18-ci pillədə tamamlayıb.
Ən yaxşı nəticəni isə "Red Bull" pilotu Maks Ferstappen göstərib. "Mercedes"dən Valtteri Bottas 2-ci, "Renault"dan Esteban Okon 3-cü yerlə kifayətlənib.
Koronavirusa yoluxduğu üçün əvvəlki mərhələni buraxan "Mercedes"in yeddiqat dünya çempionu britaniyalı Lüis Hemilton ilk yürüşdə beşinci yeri tutub.
Qeyd edək ki, Mik Şumaxerin test yürüşündə iştirakı onun 2021-ci ildəki dünya çempionatına hazırlığının bir hissəsidir. "Ferrari" akademiyasının pilotu "Formula 2" (2020) və "Formula 3" (2018) çempionudur.

NEWS FEED