16:54
12 12 2023

FIFA prezidenti türkiyəli futbol hakiminin döyülməsinə münasibət bildirdi

FIFA prezidenti Canni İnfantino Türkiyə Superliqasında keçirilən “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra baş hakim Halil Umut Melerə qarşı olan hücumu pisləyib.

Canni İnfantino bununla bağlı verdiyi açıqlamada bu hücumun qəbuledilməz olduğunu qeyd edib.

“Futbol meydançasının içində və ya ondan kənarda, futbolda şiddətə yer yoxdur. Superliqada “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra baş verənlər idmanda və cəmiyyətdə yolverilməzdir”, - deyə o vurğulayıb.


© Anadolu

NEWS FEED