10:45
07 11 2023

Messi Səudiyyə Ərəbistanı klubunun təklif etdiyi astronomik məbləğdən imtina edib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu argentinalı ulduz futbolçu Lionel Messiyə ildə bir milyard avro təklif edib.

Bu iddia ilə İspaniyalı yazıçısı və idman jurnalisti Qillema Balaqa çıxış edib.

İddiaya görə, Səudiyyə klubunun nümayəndələri L.Messi hələ PSJ-də çıxış etdiyi vaxt görüşüblər, lakin argentinalı heç vaxt Səudiyyə Ərəbistanına getmək istəməyib.

Yay “transfer pəncərəsi” zamanı isə L.Messi "İnter Mayami" ilə müqavilə imzalayıb.

Xatırladaq ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya “Barselona”sından PSJ-yə keçib.


© Le10sport

NEWS FEED