12:52
24 10 2023

Dünya Finalında Azərbaycanı təmsil edəcək pilot müəyyən oldu.

Dövlət Bayrağı Meydanının dayanacağında artıq ikinci ildir ki, keçirilən “Red Bull Car Park Drift” yarışının qalibi müəyyən oldu.


17 nəfər iştirakçı arasından 11 nömrə altında yarışan avtomobilin sürücüsü Niyaz Bədiyev Milli Final mərhələsinin qalibi seçildi. O, bu ilin sonunda “Red Bull Car Park Drift 2023” Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Qətərə yola düşəcək. Həmçinin 2-ci, 3-cü və 4-cü yerlərin qalibi müvafiq olaraq Adil Axundov, Pərviz Əzizov Fərid Quliyev olub.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən “Red Bull Car Park Drift” Milli Final mərhələsinin iştirakçılarını qiymətləndirmək üçün Livan və Mavrikiyadan beynəlxalq münsiflər heyəti iştirak edib. Məhz onların qiymətləndirilməsi ilə ən yüksək xal yığan iştirakçı çempionatın qalibi seçilib.

Qeyd edək ki, iştirakçılar yalnız driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkələrindən çıxan tüstünün həcminə görə də qiymətləndirilib.

Xatırladaq ki, 2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünyaşöhrətli Abdo Feqali də iştirakçılara dəstək olaraq tədbirdə iştirak edib. Yarışın xüsusi qonağı olan HİSS ləqəbiylə tanınan müğənni Röya Məmmədova da tədbirdə iştirak edib. O, yeni trekini səsləndirib.

NEWS FEED