167
11:15
20 10 2022
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirəcək. “Report”un məlumatına görə, 37 yaşlı qrosmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşəcək. İkinci final qarşılaşması oktyabrın 21-də olacaq. Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.