21:10
17 12 2021

“Qarabağ”lı futbolçunun qolu Konfrans Liqasının qrup mərhələsinin ən yaxşısı seçilib

UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu açıqlanıb.
Bu barədə turnirin sosial şəbəkə səhifəsində paylaşım edilib.
Azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən, birinci yerə 52 faiz səslə “Qarabağ”ın futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”nın qapısına vurduğu qol layiq görülüb.
Xatırladaq ki, Ağdam klubunun 4:1 hesablı qələbəsilə başa çatan matçda dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçinin 52-ci dəqiqədə uzaq məsafədən vurduğu qol daha baxımlı olub.

NEWS FEED