İkardi və Vanda çirkli pulların yuyulmasında günahlandırılaraq məhkəməyə verildi
PSJ-nin hücumçusu Mauro İkardi və onun həyat yoldaşı Vanda Nara çirkli pulların yuyulmasında şübhəli bilinir.
Cütlüyün qurduğu “Work Marketing Football SRL” şirkəti şübhəli maliyyə əməliyyatları həyata keçirib.
Onlara qarşı iddia “Fundación por la Paz y el Cambio Climático de Argentina” şirkətinin sahibi Fernando Miges tərəfindən qaldırılıb.
Buenos-Ayres məhkəməsinə təqdim edilən sənəddə İkardi və Vanda ilə əlaqəli olan digər şirkətlərin, məsələn, “WANDA” geyim markası və “Wanda Nara Cosmetics”in də çirkli pulların yuyulması prosesinə cəlb edildiyi bildirilib.
Şikayətdə qeyd edilir ki, “Work Marketing Football SRL”in əsl məqsədi “rəsmi müqavilə olmadan qara bazar kapitalına çıxış əldə etmək üçün idman fəaliyyətlərinə vəsait yatırmaq”dır.
Sənəddə vurğulanır ki, bu, beynəlxalq vergi ödənişlərindən yayınmaq üçün edilir.
© Sports.ru