Moldova millisinin baş məşqçisi: “Azərbaycan bizim üçün münasib rəqibdir”
O, bütün kollektivləri yaxşı tanıdıqlarını söyləyib: “2022-ci ilin martında Qazaxıstanla pley-off oyunlarımız var. Bu görüşlər bizim üçün çox vacibdir. Çünki C Liqasına düşmək istəyirik. Bu, ölkənin nüfuzu ilə bağlıdır, üstəlik, daha güclü rəqiblərimiz olacaq. Son vaxtlar həm belaruslular, həm də azərbaycanlılarla oynamışıq. Bu il Azərbaycan millisini yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdik. Biz bu komandaları yaxşı tanıyırıq, onlar xal üçün mübarizə apara biləcəyimiz münasib rəqiblərdir”.
Kleşenko Slovakiyanı qrupun favoriti adlandırıb: “Onların Rusiya millisi ilə oyunlarını görmüşük. Kifayət qədər yaxşı heyəti var”.
Qeyd edək ki, Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.
© “Report”