16:12
16 12 2021

"Sumqayıt" klubu baş məşqçisini istefaya göndərib

“Sumqayıt” klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
  40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, “Sumqayıt” dünən öz meydanında “Keşlə”yə 1:3 hesabı ilə uduzub. Komanda son beş Premyer Liqa matçında qələbə qazana bilmir. Sumqayıt klubu hazırda 12 xalla yeddinci pillədədir.
Xatırladaq ki, Ayxan Abbasov 2018-ci ilin noyabrından “Sumqayıt”ın baş məşqçisi idi.

NEWS FEED