15:39
16 12 2021

İkiqat Azərbaycan çempionu ölkəni tərk edir

“Sabah” klubu qapıçısı Saşa Stamenkoviçlə yollarını ayırıb.
 36 yaşlı qolkiper müqaviləsinə vaxtından öncə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib.
Serbiyalı oyunçunun müraciətinə müsbət cavab verilib. O bu gün keçiriləcək “Səbail”lə matçdan sonra komandadan ayrılacaq.
Qeyd edək ki, Saşa Stamenkoviç 2018-ci ildən paytaxt təmsilçisinin heyətində çıxış edib. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə üç matçda meydana çıxıb.
Xatırladaq ki, Saşa Stamenkoviç “Neftçi” ilə iki dəfə Azərbaycan çempionu olub və bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

NEWS FEED