01:25
17 12 2020

“Fənərbaxça” ən sadiq azarkeşlərini yad etdi

Ötən həftəsonu Türkiyənin “Fənərbaxça” klubu ən sadiq azarkeşlərindən birini itirib.
Bu barədə Sports.ru məlumat yayıb.
Klubun ən vəfalı azarkeşlərindən biri – həyat yoldaşı ilə birlikdə ötən əsrin ortalarından bu yana bütün ev oyunlarına gələn 90 yaşlı İhsan Göngörənlər vəfat edib.
Öz sadiq azarkeşini yad etmək üçün “Fənərbaxça” klubu tribunada cütlüyün plakatını yerləşdirib.
Qeyd edək ki, Mümtaz və İhsan Güngörenler cütlüyü təxminən 70 il ərzində "Fənərbaxça"nın heç bir ev oyununu buraxmayıb. 

NEWS FEED