501
12:26
16 12 2020
UFC döyüşçüsü Azərbaycan papağı ilə brifinqə çıxmasından danışdı
Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransına papaqla qatılmasına aydınlıq gətirib.
“Ataman” ləqəbli idmançı ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş UFC-256 turnirində braziliyalı Renato Moykanoya qalib gəldikdən sonra papaq barədə fikirlərini bildirib.
Ona “başındakı geyimin bir tarixçəsi varmı?” sualı verilib. Qırğızıstan vətəndaşı olan, lakin atası azərbaycanlı olan Fiziyev suala belə cavab verib:
“Bu, papaqdır. Azərbaycana məxsus baş geyimidir. Bu, mənim adət-ənənəmi, mənim milliyyətimi, mənim və ailəmin tarixini əks etdirir”.