05:00
27 04 2021

Məşhur idmançı Çeçenistan prezidentinin bağışladığı bahalı avtomobillə qəzaya düşdü

İsveçi təmsil edən çeçen MMA döyüşçüsü Həmzət Çimayev avtoqəzaya düşüb.
26 yaşlı “Çeçen canavarı” ləqəbli idmançı Qroznıda maşın sürərkən idarə etdiyi “Mercedes-Benz” avtomobili ilə qəza törədib.
Maşın zədələnsə də, idmançının özünə heç nə olmayıb.
Qeyd edək ki, keçirdiyi doqquz görüşdə (bunlardan son üçünü UFC-də keçirib – S.M.) məğlubedilməz olan Həmzət Çimayevə bu avtomobil Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən bağışlanılıb.

© Səbuhi Musayev / Oxu.Az

NEWS FEED