276
00:46
27 04 2021
Zidan UEFA-nın sanksiya hədələri barədə: “Hamımız “Real”ı Çempionlar Liqasında görmək istəyirik”
Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan komandasının Çempionlar Liqasından diskvalifikasiyası ehtimalları barədə danışıb.
“Bizim Çempionlar Liqasında olmayacağımızı düşünmək absurddur. Çox söz-söhbətlər olacaq, amma mən ancaq oyuna köklənəcəm. Mən hesab edirəm ki, hamımız “Real”ı Çempionlar Liqasında görmək istəyirik”, - deyə Z.Zidan bildirib.
Xatırladaq ki, Madrid “Real”ının Avropa Super Liqasının yaradılması ilə bağlı UEFA-dan sanksiya hədələri mövcuddur.
© “Marca”