22:05
26 04 2021

İspaniya klubunun 20 yaşlı futbolçusu qəfil vəfat edib

İspaniyanın “Las Palmas” klubunun futbolçusu Luis Oxeda Suares 20 yaşında vəfat edib.
Bu barədə məlumat “Las Palmas” klubunun “Twitter” səhifəsində dərc edilib.
“Biz Luis Oxeda Suaresin qəfil ölümündən məyus olmuşuq. “Las Palmas” futbolçunun ölümü ilə əlaqədar onun ailəsinə, dostlarına və pərəstişkarlarına dərin hüznlə başsağlığı verir”, -  “Las Palmas” rəhbərliyinin açıqlamasında qeyd olunur. 
Futbolçunun ölüm səbəbi barədə məlumat verilməyib.

NEWS FEED