275
03:57
18 04 2021
Türkiyə millisinin qapıçısı üç ay yaşıl meydanlardan kənarda qalacaq
Futbol üzrə Türkiyə millisinin əsas qapıçılarından biri Altay Bayındır zədələnib.
Bu barədə qolkiperin çıxış etdiyi “Fənərbaxça” klubu məlumat yayıb.
İstanbul klubunun açıqlamasında qeyd olunur ki, Altay Bayındır zərbələri dəf etmə hazırlığı zamanı əlindən ağır xəsarət alıb.
Tibbi müayinədən keçən oyunçunun biləyində sınıq aşkar edilib.
Yaxın günlərdə əməliyyat olunacaq qapıçının üç ay yaşıl meydanlardan kənarda qalacağı qeyd olunur.
© HaberGlobal