03:40
31 01 2021

Qvardiola: “Oyunçularım 12 ardıcıl qələbədən sonra da vəhşi kimi döyüşməyə davam edirlər”

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 21-ci turunda “Şeffild Yunayted”ə qarşı (1:0) keçirilən oyunu şərh edib.
“Çox çətin idi və bunun belə olacağını bilirdik. Valehedicidir, çünki 12 ardıcıl qələbədən sonra da oyunçularımız tam gücləri ilə qaçmağa və vəhşi kimi döyüşməyə davam edirlər”, - deyə “Sky Sports”a müsahibə verən P.Qvardiola bildirib.
“Şəhərlilər”in çalışdırıcısı rəqib haqda da xoş sözlər deyib:
“Asan deyildi, çünki rəqib güclü idi. Turnir cədvəlində aşağı yerdə olmaqlarına baxmayaraq, təslim olmadıqlarını hiss etdirdilər. Onlar meydanda qışqırır, bir-biri ilə ünsiyyət saxlayır, sona qədər mübarizə aparırdılar”.

NEWS FEED