12:21
30 01 2021

"Qarabağ"ın Gerye üçün ödədiyi məbləğ məlum oldu

"Qarabağ" klubunun Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ məlum olub.
Bu barədə "Milliyet" qəzetində Superliqa təmsilçisinin son 3 ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilir. Nəşrin iddiasına görə, Gerye 2017-ci ilin yayında Ağdam komandasına 800 min avroya keçib.
Ümumilikdə "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.
Digər futbolçulara gəldikdə, Anastasios Bakasetas "Trabzonspor"a 3,5 milyon avroya, Melih Demirel İtaliya "Sassuolo"suna 8 milyon avroya, Emre Akbaba "Qalatasaray"a 4 milyon avroya, Vaqner Lav "Beşiktaş"a 3 milyon avroya, Lukas Vilyavanyes Meksika "Moreliya"sına 1,6 milyon avroya keçib.
Qeyd edək ki, Donald Gerye "Qarabağ"ın qış toplanışına qoşulmadığı üçün 20 min ABŞ dolları məbləğində cərimələnərək əvəzedici komandaya göndərilib.

NEWS FEED