Uralda azərbaycan nəsilli biznesmen ölü tapıldı
Rusiyanın Ural bölgəsinin Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanəsilli sahibkar İlqar Xanadanovun meyiti tapılıb. 49 yaşlı sahibkar oktyabrın 24-də Zareçnidə itkin düşüb. Beşgünlük axtarışlardan sonra ailə üzvlərinə onun cəsədinin "Mercedes" markalı maşınından tapıldığı bildirilib. İlqar Xanadanovun həyat yoldaşı Tatyana Xanadanova deyib: "Oktyabrın 29-da yoldaşımı ölü halda tapdılar. Dünən müstəntiqlər gecəyədək işlədilər, ona görə də hadisənin təfərrüatını ancaq bu gün biləcəyik. Amma artıq təsdiqlənib ki, bu qətldir, araşdırma aparılır".


Şərhlər