Azərbaycan Kuboku: Səkkizdəbir finala yüksələn komandalar müəyyənləşiblər
Azərbaycan Kubokunda 1/8 finala yüksələn komandalar müəyyənləşib. Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinin ilk oyunları keçirilib və 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandaların adları bəlli olub. Mərhələnin ilk oyun günündə altı komanda növbəti mərhələyə adını yazdırıb. "Azərsun Arena"da keçirilən görüşdə "Turan Tovuz" komandası "Dinamo" ilə qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılaraq növbəti mərhələyə yüksəlib. Şamaxı şəhər stadionunda baş tutan "Karvan-Yevlax" - "Sheki City" matçı isə əlavə vaxtda yekunlaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Yevlax təmsilçisi əlavə vaxtda hesabı 3:1 edərək 1/8 finala yüksəlməyi bacarıb. Digər görüşlərin nəticələrini təqdim edirik: "Cəbrayıl" - "Şəfa" - 0:3; "Göygöl" - "Baku Sportinq" - 0:2; "Kəpəz" - "Ağstafa Gəncləri" - 6:1; "Qaradağ Lökbatan" - "İmişli" - 2:3. Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

Şərhlər