



DİM 2025: II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan olundu
Bakı, 1 avqust 2025 – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 6 iyul 2025-ci il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri elan olunub. Abituriyentlər imtahan nəticələrini DİM-in rəsmi internet səhifəsi (www.dim.gov.az) vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq öyrənə bilərlər. Bundan əlavə, nəticələri iş nömrəsini 7727-yə SMS göndərməklə mobil telefonla da əldə etmək mümkündür. II ixtisas qrupu üzrə: Zeynallı Nilufər Hidayət qızı – 677.9 bal (291.1 + 386.8) III ixtisas qrupu üzrə: Baxşəliyeva Aytac Ənvər qızı – 691.8 bal (294.8 + 397) Hər bir abituriyent imtahan nəticələri ilə yanaşı cavab kartını, qrafik təsvirləri və sualların düzgün cavablarını da sistem üzərindən incələyə bilər. DİM-in məlumatına əsasən, imtahan nəticələri ilə razı olmayan abituriyentlər üçün apellyasiya müraciəti hüququ təmin olunub. II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanların nəticələri ilə bağlı apellyasiya ərizələrinin qəbulu 1 – 3 avqust 2025 tarixlərində yalnız elektron şəkildə həyata keçiriləcək. Ərizə təqdim olunarkən konkret əsas göstərilməli, qiymətləndirmə meyarlarına uyğun arqumentlər əlavə edilməlidir. Əks halda, müraciət qeydə alınmır. Ətraflı məlumat və nəticələrin yoxlanılması üçün abituriyentlər aşağıdakı keçidlərdən istifadə edə bilərlər: İmtahan nəticələrinin yoxlanması: eservices.dim.gov.az/netbak Apellyasiya ərizəsinin təqdim edilməsi: dim.gov.azƏn yüksək nəticələr:
Apellyasiya müraciətləri:
ℹ Əlavə məlumat üçün:
Şərhlər